Azərbaycan və Latviya arasında basketbol üzrə təcrübə mübadiləsi müzakirə edilib - FOTOLAR
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayevlə ölkəmizdə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonis arasında görüş olub.
ABF-dən NUHÇIXAN-a bildiriblər ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.
Raymonds Veyonis federasiyanın uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq, bu işləri yüksək qiymətləndirib.
Bundan əlavə, 3x3 basketbolun ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından biri olub.