Yeniyetmə güləşçilər arasında Azərbaycan çempionatı davam edir - FOTOLAR
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, ilk 3 gündə yeniyetmələr, son iki gündə isə gənclər mübarizə aparacaqlar.
Yarışın ikinci günündə 80, 92, 110 kiloqram çəki dərəcəsində yunan-Roma, 45, 48, 51 və 55 kiloqram çəkidə isə sərbəst güləşçilər mübarizə aparırlar.
Çempionata fevralın 23-də yekun vurulacaq.