Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.
NUHÇIXAN AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda martın 17-dən 19-dək Bakıda, 20-dən 27-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq.
Baş məşqçi İlham Yadullayev toplanış üçün heyətə 21 futbolçu dəvət edib.