On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib.
NUHÇIXAN xəbər verir ki, Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futzalçılarımız 3:5 hesabı ilə məğlub olublar. Yığmamızın heyətində Tofiq Hüseynov, Nurlan Mehdizadə və Rafael Mütəllimov fərqləniblər.
Komandalar arasında növbəti oyun fevralın 21-də Bakı İdman Sarayında keçiriləcək.