Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək

A- A A+

Fevralın 20-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

NUHÇIXAN xəbər verir ki, cavab görüşləri “Sevilya” (İspaniya)–“Latsio” (İtaliya) oyunu ilə başlayacaq. Komandaların İtaliyada keçirilən görüşündə ispanlar minimal hesabla üstün olublar (0:1). “Latsio” növbəti mərhələyə vəsiqə qazanmaq üçün iki top fərqi ilə udmalıdır. Hər bir heç-heçə “Sevilyan”ı növbəti mərhələ aparacaq. “Xose Kastro Karmona” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

“Sevilya”nın heyətində Maksimilian Vyober və komandanın əsas futbolçularından hesab olunan Ever Baneqa cəza səbəbindən bu matçı buraxacaq. “Latsio”nun isə heyətində itki yoxdur.

Qeyd edək ki, onaldıdabir final mərhələsinin digər cavab oyunları fevralın 21-də keçiriləcək.

Turnirin final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: