NUHÇIXAN xəbər verir ki, "Naxçıvan Voleybol Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Yığıncaqda müvafiq əsaslar qeyd olunmaqla federasiyanın ləğv edilməsi müzakirəyə çıxarılıb. Sonda federasiyanın dövlət reyestrindən çıxarılması və qeydiyyatının ləğv edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə müraciət olunub.
Qeyd edək ki, "Naxçıvan Voleybol Federasiyası" İctimai Birliyi 2002-ci ildən fəaliyyət göstərirdi.