UEFA Çempionlar Liqası: “Yuventus” “Atletiko Madrid”ə məğlub olub

A- A A+

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, mərhələnin mərkəzi qarşılaşması sayılan “Atletiko Madrid” doğma azarkeşlər önündə İtaliyanın “Yuventus” komandasını qəbul edib. Görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri heyətində Xose Gimenez (78) və Dieqo Qodin (83) fərqləniblər.

Mərhələnin digər oyunu Almaniyada keçirilib. “Şalke” - “Mançester Siti” (İngiltərə) oyunu qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşləri martın 14-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: