Naxçıvanda bilyard üzrə açıq birincilik keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, martın 28-də Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bilyard üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. "Marvel" Bilyard Klubunda reallaşan yarışa 20 nəfər qatılıb. Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb. 

Nəticələrə gəlincə, final görüşünü 3:1 hesablı üstünlüklə tamamlayan Rəşad Əhmədov yarışın qalibi olub. Loğman Babayev ikinci, İntizam Quliyevlə, Elvin Kərimov isə üçüncü yerə layiq görülüblər.

İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, yarışın məqsədi muxtar respublikada bilyardın inkişafına töhfə vermək, bilyard həvəskarlarının yarış təcrübəsini artırmaqdan ibarət olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: