"Heydər Əliyev kuboku" uğrunda mübarizə

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Heydər Əliyev kuboku" uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçən yarış İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində keçirilir. Birincilikdə 10 çəki dərəcəsində 100-dən artıq güləşçi mübarizə aparır. Yarışın qalibləri sabah keçiriləcək final görüşlərində məlum olacaq. Qalib gələn idmançılar təşkilatçıların diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.

Elvin Quliyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: