Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılacaq

A- A A+

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılacaq.

NUHÇIXAN xəbər verir ki, UEFA Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk səkkizdəbir finala vəsiqə qazanan “Krasnodar” (Rusiya), “Benfika” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Slaviya” (Praqa, Çexiya), “İnter” (İtaliya), “Renn” (Fransa), "Arsenal” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ayntraxt” (Frankfurt, Almaniya)

“Napoli” (İtaliya), “Zaltsburq” (Avstriya) “Valensiya” (İspaniya), "Zenit" (Rusiya), “Vilyarreal” (İspaniya) və "Sevilya" (İspaniya) komandaların arasında atılacaq.

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları aprelin 7-də, cavab görüşləri isə mayın 14-də keçiriləcək.

Final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya stadionunda olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: