Əmrah Nağıyev Türkiyədə keçirilən marafonun ilk beşliyində - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aprelin 6-sı Türkiyənin Antalya şəhərində 20-ci Runtalya Marafonu reallaşıb. Beynəlxalq qaçış yarışında 65 ölkədən 1800-ü idmançı olmaqla, ümumilikdə 10 min iştirakçı sayı qeydə alınıb. Tədbir çərçivəsində 5K, 10K, 21K, 42K, “10K Teams Run” yarışları keçirilib.

Naxçıvandan olan atlet Əmrah Nağıyev ölkəmizi marafonun 10 kilometrlik (10K) məsafəsində təmsil edib. İdmançımız 1600-dən çox iştirakçının mübarizə apardığı yarışda 4-cü olub. Əmrah finişədək 35 dəqiqə 36 saniyə vaxt sərf edib. 

Əlavə edək ki, beynəlxalq marafonların daimi iştirakçısı olan Əmrah Nağıyevin bunadək olan ən yaxşı nəticəsi 2023-cü ilə təsadüf edir. Belə ki, atletimiz 43-cü Beynəlxalq Trabzon Yarı Marafonunda 10 km məsafə üzrə 6-cı (40 dəqiqə 40 saniyə) olmuşdu.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: