Çempionlar Liqasının qalibi olmuş futbolçu idman malları mağazasında işləyir

A- A A+

Fransa millisinin və "Barselona"nın sabiq futbolçusu Jeremi Matyö Marsel şəhərində idman malları mağazasında işləyir.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, veteran müdafiəçi mağazada satış şöbəsinə rəhbərlik edir.

İddiaya görə, onun fotosu sosial şəbəkələrdə yayıldıqdan sonra mağazadakı idman mallarına maraq artıb.

Qeyd edək ki, Jeremi Matyö 2014-2017-ci illərdə "Barselona"nın şərəfini qoruyub. Bu müddət ərzində o, bütün turnirlərdə 91 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Kataloniyalıların heyətində Çempionlar Liqasının, UEFA Superkubokunun, klublararası dünya çempionatının qalibi olub. O, 2 dəfə La Liqada, 3 dəfə isə İspaniya Kral Kubokunda çempionluq sevinci yaşayıb.

Veteran futbolçu ölkəsində "Soşo", "Tuluza", İspaniyada "Valensiya" və Portuqaliyada "Sportinq" klublarında da çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: