"Liverpul" iki əsas futbolçusunun müqavilə müddətini uzatmağa yaxındır

A- A A+

İngiltərənin "Liverpul" klubu hücumçu Məhəmməd Salah və müdafiəçi Vircil van Deyklə müqavilə müddətini uzatmağa yaxındır.

NUHÇIXAN xəbər verir ki, bu barədə tanınmış insayder Devid Ornşteyn sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbə bildirir ki, mersisaydlılar hər iki oyunçunun sözləşmə müddətini artırmağa nikbin yanaşır. Hazırda onlarla danışıqlar müsbət məcrada davam edir.

Qeyd edək ki, Salah cari mövsüm Premyer Liqada 31 matçda 27 qol vurub və 17 məhsuldar ötürmə edib. Van Deyk isə "Liverpul"un kapitan sarğısını daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: