Superkompüter Çempionlar Liqasının qalibini təxmin edib

A- A A+

“Arsenal”ın UEFA Çempionlar Liqasının qalibi olacağı gözlənilir. London təmsilçisinin turniri qazanmaq şansı 28,4 faizə bərabərdir.

NUHÇIXAN xəbər verir ki, bu qənaətə “Opta” təhlil şirkətinin superkompüteri gəlib.

“Arsenal” hazırda favorit hesab olunur, kuboku qazanmaq şansı 28,4 % təşkil edir. Mikel Artetanın komandası indi simulyasiyaların yarısından çoxunda (54,2 %) finala çıxır”, – deyə şirkət yenilənmiş proqnozlarını şərh edib.

Analitiklər “İnter”in də şansını yüksək qiymətləndiriblər:

“Bavariya” üzərində 2:1 hesablı qələbə sayəsində “İnter” üçüncü favorit mövqeyinə yüksəlib və 21,1% şansa malikdir. “Barselona” isə 22,4 % ilə ikincidir”.

“Topçular”ın darmadağın etdiyi “Real”ın Avropanın ən nüfuzlu klub turnirini qazanma şansı cəmi 1,1 faizdir. Təhlilçilər xatırladıblar ki, “Kral klubu” heç vaxt 0:3 hesablı məğlubiyyətdən sonra geridönüş edə bilməyib.

Qeyd edək ki, model hər matçın nəticəsinin (qələbə, heç-heçə və məğlubiyyət) ehtimalını mərc bazarının əmsallarından və “Opta Power Rankings”dən istifadə edərək hesablayır. Əmsallar və reytinqlər komandaların tarixi və son dövrlərdəki çıxışlarına əsaslanır. Hər komanda üçün yekun proqnoz əldə etmək məqsədilə yarışın bütövlükdə 10 000 dəfə simulyasiyası aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: