Azərbaycan Tbilisidəki Avropa Kubokunda 35 cüdoçu ilə təmsil olunacaq

A- A A+

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Kubokunda Azərbaycanı təmsil edəcək yeniyetmə cüdoçular bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından NUHÇIXAN-a bildirilib ki, ölkəmiz turnirdə 15 çəki dərəcəsində 35 cüdoçu (16 oğlan, 19 qız) ilə təmsil olunacaq.

Oğlanların mübarizəsində Rza Xəlilli (50 kiloqram), Ceyhun Hüseynli, Nicat Şıxəlizadə, Rüstəm Qasımzadə (hamısı 55 kiloqram), Nəcəf Nəsrullayev, İlkin Qarayev, Zeyd Ələsgərov (hamısı 60 kiloqram), Kənan Məmmədov, Ümüd Əbdülov (hər ikisi 66 kiloqram), Yusuf Nəzər (73 kiloqram), Ömər Axundov, Məhəmməd Abbasəli (hər ikisi 81 kiloqram), Emin Şirinov, Amir Xəzriyev (hər ikisi 90 kiloqram), Elşən Fərzəliyev və Cavidan Məsimov (hər ikisi +90 kiloqram) qüvvəsini sınayacaq.

Qızların yarışında isə Mədinə Hüseynova (40 kiloqram), Gülşən Hüseynova, Xədicə Abdullayeva, Fatimə Abdullayeva (hamısı 44 kiloqram), Leyla Ələkbərova, Nərmin Ağamirzəzadə, Gülgəz Musayeva, Nərgiz Əhmədova, Könül Eyvazlı, Nigar Məmişova (hamısı 48 kiloqram), Aysun Məmmədova, Tövsiyyə Babayeva (hər ikisi 52 kiloqram), Gülnaz Məmmədtağıyeva, Səmayə Yusifli, Nəzakət Vəliyeva (hamısı 57 kiloqram), Ayan Əliyeva, Zəhra Hüseynzadə (hər ikisi 63 kiloqram), Məsumə Məmmədli və Rəna Əhmədova (hər ikisi 70 kiloqram) medal qazanmağa çalışacaqlar.

Yeniyetmə oğlanlardan ibarət milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

On beş ölkədən 357 idmançının iştirak edəcəyi Avropa Kuboku aprelin 12-13-də təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: