İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Rasmus Heylunn İtaliya A Seriyasına qayıda bilər.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı danimarkalı futbolçunun xidmətində "Yuventus" və "Napoli" klubları maraqlıdır.
Turin təmsilçisi artıq "qırmızı şeytanlar"la qeyri-rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, R.Heylunn 2023-cü ildə "Atalanta"nın formasını geyinib. Danimarkalı ön xətt oyunçusu “Mançester Yunayted”in heyətində meydana çıxdığı 84 oyunda 24 qol vurub.