Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.
NUHÇIXAN-ın məlumatına görə, bu, avrokuboklarda 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəlli olub.
Azərbaycan 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb.
29-cu sırada Bolqarıstan (19.875), 31-ci mövqedə İrlandiya (14.968) yer alıb.
Qeyd edək ki, siyahıya İngiltərə (110.839) başçılıq edir.