Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu açıqlanıb

A- A A+

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu açıqlanıb.

NUHÇIXAN UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Arsenal"ın (İngiltərə) yarımmüdafiəçisi Deklan Rays layiq görülüb.

26 yaşlı oyunçu "Real"a (İspaniya) qarşı matçda 2 dəfə cərimə zərbəsindən baxımlı qola imza atmaqla diqqət mərkəzinə düşüb.

PSJ-nin (Fransa) üzvü Xviça Kvaratsxeliya ikinci, "Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovski üçüncü, "İnter"in (İtaliya) müdafiəçisi Alessandro Bastoni dördüncü olub.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları aprelin 15-16-da baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: