"Barselona" son 7 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb

A- A A+

İspaniyanın "Barselona" klubu son 7 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.

NUHÇIXAN xarici KİV-ə istinadən məlumatına görə, Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv ötən gün La Liqanın XXXI turunda "Leqanes"i 1:0 hesabı ilə məğlub edib.

Komanda 2025-ci ildə 20 qələbə və 4 heç-heçəyə imza atıb. "Barselona" sonuncu dəfə 2017/2018 mövsümündə Ernesto Valverdenin rəhbərliyi altında 23 qələbə və 6 heç-heçə ilə yadda qalmışdı.

Qeyd edək ki, komanda hazırda 70 xalla turnir cədvəlində ilk pillədə yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: