Azərbaycanın “Altay” taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında ikinci olub.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışda ölkəmizi "Atlet" və "Mübariz" kollektivləri də təmsil ediblər.
Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar.
“Altay” komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.