"Barselona" bu ilin sentyabrında "Kamp Nou"ya qayıda bilər

A- A A+

İspaniyanın "Barselona" klubu bu ilin sentyabrında "Kamp Nou" stadionuna qayıda bilər.

NUHÇIXAN "Onze Mondial"a istinadən xəbər verir ki, klub stadionda yenidənqurma işlərini sentyabrda başa çatdırmağı planlaşdırır.

Bütün proseslər tamamlandıqdan sonra arenanın tamaşaçı tutumunun 105 min nəfər olacağı gözlənilir. "Kamp Nou" 2023-cü ildə təmirə bağlandıqdan sonra Kataloniya təmsilçisi ev oyunlarını 56 min tamaşaçı tutumuna malik Barselona Olimpiya Stadionunda keçirir.

Qeyd edək ki, Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv hazırda La Liqada 31 turdan sonra 70 xalla liderdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: