Fevralın 23-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin rəmzi komandası müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər tərəfindən səsvermə nəticəsində “11-lik”də Denis Boyko ("Dinamo" Kiyev, Ukrayna), Stefan Lixtştayner ("Arsenal", İngiltərə), Emir Dalaver ("Dinamo" Zaqreb, Xorvatiya), Şkodran Mustafi ("Arsenal", İngiltərə), Vladimir Tsoufal ("Slaviya" Praqa, Çexiya), Pablo Sarabiya ("Sevilya", İspaniya), Qran Caka ("Arsenal", İngiltərə), Ksavar Şlager ("Zaltsburq", Avstriya), Kallum Hadson-Odoy ("Çelsi", İngiltərə), Sərdar Azmun ("Zenit", Rusiya) və Patson Saka ("Zaltsburq", Avstriya) yer alıblar.