Karlo Ançelotti mövsüm başa çatmamış “Real Madrid”dən istefaya göndərilə bilər

A- A A+

İspaniyanın “Real Madrid” klubu bu mövsüm başa çatmamış baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayıra bilər.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, buna komandanın Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə “Arsenal”ına uduzaraq, mübarizəni dayandırması səbəb olub.

İddiaya görə, 65 yaşlı italiyalı mütəxəssis aprelin 26-da İspaniya Kral Kubokunda "Barselona" ilə keçiriləcək final oyunundan sonra postunu tərk edəcək.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ilin yayından "Real Madrid"i çalışdırır. O, daha əvvəl 2013-2015-ci illərdə Madrid klubunda işləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: