Ölkə birinciliyinə Naxçıvandan qoşulacaq komanda bəlli olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu üzrə ölkə birinciliyinin Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsi reallaşıb.

Tədbirdə çıxış edənlər “Sərhəd” hərbi-idman oyununun gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rolundan bəhs edib, komandalara uğurlar arzulayıblar.

Qiymətləndirməyə əsasən, ən yüksək göstərici Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinə məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Ordubad rayonu Dəstə kənd tam orta məktəbi ikinci, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbi isə üçüncü olub. İlk üçlükdəki komandalara diplom təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: