Qətərdə keçiriləcək dünya çempionatına 263 mindən çox könüllü müraciət edib

A- A A+

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatında 263 mindən çox könüllü qeydiyyatdan keçib.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bunu dünya çempionatının Təşkilat Komitəsinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, dünya çempionatının könüllülər proqramına qatılmaq üçün müraciətlərin qəbulu davam edir.

XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.

Qeyd edək ki, Qatar Yaxın Şərqdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ilk ölkə olacaq. Dünya çempionatı ilk dəfə qışda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: