Hidayət Heydərov Avropa çempionatında çıxış edə bilməyəcək

A- A A+

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.

NUHÇIXAN xəbər verir ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.

Hidayətə tezliklə sağalaraq tatamiyə daha güclü qayıtmasını arzulayır, cüdoçularımıza isə Avropa çempionatında uğurlar diləyirik!

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: