İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti işindən məmnun olduğunu vurğulayıb.
NUHÇIXAN xəbər verir ki, 65 yaşlı mütəxəssis bu barədə "Marca" nəşrinə açıqlama verib.
"Gördüyüm işi sevirəm. Mümkün qədər uzunmüddətli fəaliyyət göstərmək istəyirəm. Təbii ki, klubdan getsəm, hər kəsə təşəkkür edəcəyəm və ayrılacağam", - K.Ançelotti deyib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a məğlub olaraq mübarizəni dayandıran "Real" klubunun rəhbərliyi baş məşqçinin işindən narazıdır. Karlo Ançelottinin isə öz növbəsində Braziliya millisi ilə fəal danışıqlar apardığı bildirilir.