Futbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.
NUHÇIXAN-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 17:00-da start götürəcək. İlk matçda Naxçıvan təmsilçisi qalib gəlib - 1:0.
Digər görüşdə isə "Neftçi" "Sabah"ın qonağı olacaq. Bu oyun saat 20:00-da başlayacaq. "Ağ-qaralar" daha əvvəl evdə 1:2 hesabı ilə uduzub.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
23 aprel
17:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:1.
20:00. “Sabah” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”
İlk oyun - 2:1.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.