İtaliyalı futbolçu “Arsenal”ı Braziliya klubuna dəyişir

A- A A+

İngiltərənin “Arsenal” komandası yayda futbolçusu Jorjinyo ilə yollarını ayıracaq.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi London klubunun gələcək planlarına daxil deyil. Artıq braziliyaəsilli italiyalı oyunçu özünə yeni klub da tapıb. Belə ki, o, karyerasını növbəti mövsümdən “Flamenqo”da davam etdirəcək.

Qeyd edək ki, Jorjinyo 2023-cü ilin yanvarında 11,3 milyon avroya "Çelsi"dən "Arsenal"a keçib. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 14 oyunda meydana çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: