Hidayət Heydərov: "Daha güclü qayıdacağım anı səbirsizliklə gözləyirəm"

A- A A+

Azərbaycanın olimpiya, dünya və Avropa çempionu olan cüdoçusu Hidayət Heydərov tezliklə tam sağalıb tatamiyə daha güclü qayıdacağı anı səbirsizliklə gözləyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə 27 yaşlı idmançı şəxsi instaqram hesabında yazıb.

O, bu gün Monteneqroda start götürən Avropa çempionatında xəstəlik səbəbindən iştirak edə bilməyəcəyini xatırladıb:

"Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm".

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: