Tarixin ən çox qazanan idmançılarının siyahısı açıqlanıb

A- A A+

Tarixin ən çox qazanan idmançılarının siyahısı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, siyahını nüfuzlu "Sportico" portalı dərc edib.

Siyahı tərtib olunarkən inflyasiya nəzərə alınıb.

Amerikalı basketbolçu Maykl Cordan tarixin ən çox qazanan idmançıları siyahısına başçılıq edir. Milli Basketbol Assosiasiyasının altıqat çempionu və ikiqat Olimpiya mükafatçısının gəliri 4,15 milyard dollar təşkil edir.

İkinci yeri amerikalı qolfçu Tayqer Vuds, üçüncü yeri isə portuqaliyalı futbolçu Kriştianu Ronaldu tutur. Böyük turnirlərin 15 qat qalibi olan Vuds 2,79 milyard dollar qazanıb. Çempionlar Liqasının beşqat qalibi, milli komandalar tarixinin ən yaxşı bombardiri və beş dəfə “Qızıl top” sahibi Ronaldunun gəliri isə 2,23 milyard dollardır.

İlk "onluq"da Lebron Ceyms (basketbol), Lionel Messi (futbol), Arnold Palmer (qolf), Cek Niklaus (qolf), Devid Bekhem (futbol), Roje Federer (tennis) və Floyd Meyvezerin (boks) adları da keçir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: