“Mançester Yunayted”-“Liverpul” oyununda qalib müəyyənləşməyib

A- A A+

Fevralın 24-də futbol üzrə İngiltərə Premyer Liqasının 27-ci turunun növbəti oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Stafford” stadionunda oynanılıb. Yeni baş məşqçisinin rəhbərliyi ilə 12 oyunu məğlubiyyətsiz başa vuran “Mançester Yunayted” doğma azarkeşlər önündə turnir cədvəlinin lideri “Liverpul” komandasını qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb. Matçın 21-ci və 25-ci dəqiqələrində meydan sahibləri məcburi əvəzləmə ediblər. Belə ki, zədələnən Ander Herera və Xuan Mata oyunu davam etdirə bilməyiblər.

Bu heç-heçədən sonra xallarının sayını 66-ya çatdıran “Liverpul” liderliyini davam etdirir, “Mançester Yunayted” isə 52 xalla beşinci yerdə qərarlaşıb.

Günün digər oyununda “Sauthempton” klubu “Arsenal”ın qonağı olub. Görüş London təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: