Naxçıvanda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şahmat turniri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aprelin 26-sı Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə tempo turniri reallaşıb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı əsasında keçirilən yarışda 36 şahmatçı iştirak edib. Mükafatçılar İsveçrə sistemi üzrə 7 turluq mübarizənin sonunda bəlli olub. 

Nəticələrə əsasən qadın FIDE ustası Nəsrin Babayeva 7 xallıq göstərici ilə maksimum nəticə əldə edərək turnirin əsas sıralamasında birinci olub. Yasin Əzimov 6 xalla ikinci, aktivində 5 xalı olan şahmatçılardan üstün əmsala malik Lətif Muradlı isə üçüncü yerə sahib çıxıb.

Uğur Qəribli (8 yaş), Bəxtiyar Cəfərli (10 yaş), Fərəməz Quliyev (12 yaş) və İlham Mahmudov (14 yaş) müvafiq yaş qruplarında, Nigar Qəmbərli isə qızlar arasındabirinci olublar.

Adıçəkilənlər, o cümlədən ilk üç yerdə olan digər şahmatçılara diplom, medal və pul mükafatı təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: