Naxçıvandan olan 2 kikboksçu Türkiyədə döyüş gecəsinin qalibi olub - FOTOLAR

A- A A+

İstanbul şəhərində “AKIN Fight” promouşn turniri çərçivəsində peşəkar kikboksinq gecəsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  “Levent Bulut” Döyüş Klubunun təsisçisi və məşqçisi Etibar Qəribovun rəhbərliyi altında 4 kikboksçu turnirin “Alt maçlar” formatında öz qüvvəsini sınayıb. İdmançılarımızdan ikisi gecənin qalibi olub, digər biri isə ikinci yerə layiq görülüb. 

Tayfur Əliyev 50 kq çəki dərəcəsində Qazaxıstan idmançısı Mukhammadali Khongeldiev ilə, Əli Yasinov 63.5 kq çəkidə türkiyəli Zekeriya Bek ilə mübarizənin qalib tərəfləri olublar. Mirac Qocayev (48 kq) isə ikinci olub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: