PSJ XXI əsrdə yeni rekord müəyyənləşdirib

A- A A+

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.

NUHÇIXAN "Opta Jean" statistik portalına istinadən xəbər verir ki, Paris təmsilçisi buna yarımfinal mərhələsinin ilk oyununda İngiltərədə "Arsenal"a qalib gəlməklə (1:0) nail olub.

Ölkə çempionu XXI əsrdə Fransa təmsilçiləri arasında ÇL-də bu raundda səfərdə qələbə qazanan ilk komandadır.

34 il əvvəl, 1991-ci ildə "Marsel" qitənin bir nömrəli klub turnirində Rusiyada Moskva "Spartak"nı üstələmişdi - 3:1.

Qeyd edək ki, PSJ və "Arsenal" arasında cavab oyunu mayın 7-də baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: