Naxçıvandan olan idmançı Türkiyədə növbəti qələbəsini qazanıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində "Oguz Dövüş Gecesi" adlı boks turniri keçirilib. Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan idmançıların qatıldığı döyüş gecəsində ölkəmizi təmsil edənlər arasında şərurlu idmançı Alişan İsmayılov da olub.

Təmsilçimiz 57 kq çəki dərəcəsində türkiyəli Yusuf Nacara qalib gələrək turnirin qızıl medalına sahib çıxıb.

Xatırladaq ki, adıçəkilən idmançımız bu ilin fevralinda İstanbulda keçirilən KBN kəməri uğrunda döyüşü də qələbə ilə tamamlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: