Türkiyə Super Liqasında XXXIV turun görüşləri davam edir.
NUHÇIXAN xəbər verir ki, günün ilk matçında "Samsunspor" öz meydanında "Eyüpspor"la qarşılaşıb.
3 qolun vurulduğu oyunda ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.
Turun digər matçı isə İstanbul derbisi ilə yadda qalıb. "Fənərbaxça" öz meydanında "Beşiktaş"ı qəbul edib. "Sarı-lacivərdlilər" böyük ölçüdə çempionluğu əldən verib.
Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Görüşün taleyini bir qol həll edib. "Qara qartallar" minimalhesablı qələbəyə seviniblər - 1:0.
Türkiyə Super Liqası
XXXIV tur
17:00. “Samsunspor” - “Eyüpspor” - 3:0
20:00. “Fənərbaxça” - “Beşiktaş” - 0:1
20:00. “Adana Dəmirspor” - “Göztəpə” - 1:2