Türkiyə Superliqası: Bu gün “Beşiktaş”-“Fənərbağça” derbisi oynanılacaq

A- A A+

Fevralın 25-də futbol üzrə Türkiyə Superliqasında 2019-cu ilin ilk İstanbul derbisi baş tutacaq.

NUHÇIXAN xəbər verir ki, XXIII turun yekun qarşılaşmasında “Beşiktaş” klubu “Fənərbağça”nı qəbul edəcək. Komandalar arasında keçiriləcək 349-cu görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. İndiyədək baş tutmuş görüşlərdən 132-də “Fənərbağça”, 124-də isə “Beşiktaş” meydanı qalib tərk edib. Klublar arasında 92 dəfə qalib müəyyənləşməyib.

“Beşiktaş”la “Fənərbağça” 1959-cu ildən keçirilən ölkə çempionatlarında 125 dəfə qarşılaşıblar. Ümumi statistikaya görə, “Fənərbağça” üstündür: 46 qələbə, 40 heç-heçə və 39 məğlubiyyət. Klublar arasında son oyunda qalib müəyyənləşməyib – 1:1.

“Fənərbağça” hazırda turnir cədvəlində 24 xalla 15-ci, “Beşiktaş” isə 39 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, qarşılaşma “Vodafon Park” arenada baş tutacaq. Görüşün baş hakimi Bülənt Yıldırım olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: