Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olummuş idman tədbirlərinə start verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı müxtəlif idman yarışlarının təşkili nəzərdə tutulub.
Bu münasibətlə keçirilən ilk idman yarışı şahmat üzrə olub. Naxçıvan Şahmat Mərkəzində reallaşan turnirdə müxtəlif yaş qruplarına mənsun 35 zəka sahibi iştirak edib.
Açılış tədbirində çıxış edən nazirliyin şöbə müdiri Taleh İbrahimov yarışın məqsəd və əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Yarışın baş hakimi Tural Zeynalov reqlament barədə məlumatları diqqətə çatdırıb. Sonra mübarizəyə start verilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 10-da yekunlaşacaq.