Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb

A- A A+

Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən “Çempionlar” turnirində medal qazanıblar.

NUHÇIXAN xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: