Belçikalı futbolçu Kevin De Bruyne karyerasını İngiltərənin "Arsenal" klubunda davam etdirə bilər.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta 33 yaşlı yarımmüdafiəçini heyətdə görmək istəyir.
Mütəxəssis oyunçunun komandaya yaradıcılıq və təcrübə qatacağına inanır.
Qeyd edək ki, Kevin De Bruyne mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayıb. O, cari mövsüm "şəhərlilər"in heyətində 36 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.