Türkiyə Super Liqasında XXXV turun oyunları davam edir.
NUHÇIXAN xəbər verir ki, günün ilk matçında "Eyüpspor" öz meydanında "Kasımpaşa" ilə qarşılaşıb.
Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.
Turun digər matçında lider "Qalatasaray" "Trabzonspor"la üz-üzə gəlib. Gərgin keçən oyunun qalibi qonaqlar olub. Görüş "cimbom"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.