Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş karate turniri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş karate turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkil etdiyi yarışa oğlanlar və qızlar olmaqla, 6 komandadan ümumilikdə 130 idmançı qatılıb.

Mayın 11-i İlham Əliyev adına Olimpiya İdman Kompleksində yarışın rəsmi açılış mərasimi reallaşıb. Əvvəlcə dünya şöhrətli siyasətçi Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Mərasimdə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov dahi rəhbər Heydər Əliyevin Azərbaycanda idmanın inkişafı sahəsindəki misilsiz xidmətlərindən bəhs edib, müdrik dövlət xadimi tərəfindən əsası qoyulan idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir müavini həmçinin, dövlət idman siyasətinin Naxçıvanda da uğurla icra olunduğunu, yaradılan müasir infrastruktur və sistemli fəaliyyətin region gənclərinin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. 

AKF-nin vitse-prezidenti Rəhman Hətəmov ölkəmizdə karate idman növünün inkişafında Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycan karateçilərinin son zamanlar əldə etdiyi uğurlardan söz açıb, turnirin gənc karateçilər üçün yarış təcrübəsi və vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətli olduğunu bildirib.

Çıxışlardan sonra "Qapıçıq" və "Naxçıvan" karate klublarının idmançıları nümunəvi çıxışlarla meydanda olublar. Daha sonra mübarizəyə start verilib. İdmançılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə kata, kumite yarışlarında bacarıqlanı nümayiş etdiriblər.  

İlk üç yerin sahiblərinə diplom, medallar təqdim olunub. Mükafatları nazir müavini Məcid Seyidov, federasiya rəsmiləri Rəhman Hətəmov və Qabil Sayadov təqdim ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: