Polşada yüksək nəticə göstərən millimizin üzvləri arasında Naxçıvandan olan karateçilər də var - FOTOLAR

A- A A+

Azərbaycanın ənənəvi karate üzrə milli komandası Polşanın Pulavı şəhərinə keçirilən Fudokan üslubu üzrə 10-cu dünya çempionatında iştirak edib. 8-11 may tarixlərini əhatə edən və 47 ölkədən 3000-dən çox idmançının qatıldığı yarışda təmsilçilərimiz 5 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 9 medal qazanmağa nail olublar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasından iki idmançı – Vüsal Seyidov və Məhəmməd Bağırov da çempionatda ölkəmizi təmsil ediblər. Maraqlıdır ki, 18-20 yaş kateqoriyasında çəkisi 70 kq-dək olan karateçilər arasında mübarizə aparan idmançılarımız finaladək uğurla irəliləyiblər və nəticədə həlledici görüşdə bir-birinə rəqib olublar. Görüşün qalibi olan Vüsal Seyidov dünya çempionu olub. Məhəmməd Bağırov gümüş medal qazanıb. 

Xatırladaq ki, bu nəticələr adıçəkilən idmançılarımızın beynəlxalq arenadakı ilk yüksək uğuru deyil. Belə ki, şotokan üslubunda Vüsal 3 dəfə, Məhəmməd isə 1 dəfə Avropa çempionu olmağı bacarıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: