NUHÇIXAN xəbər verir ki, Azərbaycan Premyer Liqasının 3-cü pilləsində qərarlaşan Naxçıvan təmsilçisi 35-ci turda səfərdə "Şamaxı" komandası ilə qarşılaşıb. Oyun 1-0 "Araz-Naxçıvan"ın qələbəsi ilə bitib. Bununla da "Araz-Naxçıvan" son turun nəticəsindən asılı olmayaraq Avropa Konfrans Liqasına vəsiqəni təmin edib.
Oyun Naxçıvan şəhər İcra Hakimiyyətinin qarşısındakı parkda quraşdırılan monitordan canlı izlənilib.