Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti: Tarixdə ilk dəfə Araz-Naxçıvanın Azərbaycanı Avropada təmsil etməsi qürurverici haldır
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov NUHÇIXAN-a müsahibəsində deyib:
"Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur. Hər bir naxçıvanlı kimi məndə sevinirəm. Tarixdə ilk dəfə Araz-Naxçıvanın Azərbaycanı Avropada təmsil etməsi qürurverici haldır. Fürsətdən istifadə edib bütün Naxçıvanlıları, azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Onu da qeyd edim ki, artıq biz gələn mövsümdən Araz-Naxçıvanın heyyətində 50 faiz dəyişiklik olacaq ki, komandamız Avroliqada daha uğurlu çıxış etsin. Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq".