Naxçıvanda futzal turnirində növbəti oyunlar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri davam edir. İlham Əliyev adına Olimpiya İdman Kompleksində cari oyun günü 8 görüş keçirilib.

Nəticələrə əsasən Ali Məclis, Ali Məhkəmə, Mədəniyyət, Təhsil, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, Dövlət Energetika Xidməti və Dövlət Vergi Xidmətini təmsil edən komandalar qələbə qazanıblar. 

Növbəti görüşlərə mayın 24-ü saat 10:00-dan etibarən start veriləcək. 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan turnirdə 17 komanda 4 qrupda mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: