Azərbaycanın 7 şahmatçısı kişilər arasında Avropa çempionatında mübarizə aparacaq

A- A A+

Martın 18-dən 29-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə kişi şahmatçılar arasında Avropa çempionatı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, 43 ölkədən 365 şahmatçı, o cümlədən 151 qrossmeyster turnirdə iştirakını artıq təsdiqləyib.

Qitə çempionatında mübarizə aparacaq şahmatçılar arasında təmsilçilərimiz Rauf Məmmədov, Qədir Hüseynov, Ülvi Sadıqov, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Kənan Qarayev və Cahangir Azadəliyevin də adları var.

İsveçrə sistemi üzrə keçiriləcək Avropa çempionatı 11 turdan ibarət olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: