Naxçıvan gimnastları kubok yarışının medalçıları sırasında - FOTOLAR

A- A A+

Goranboy Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 9-cu bölgələrarası kubok yarışı keçirilib. Ölkənin müxtəlif bölgələrini - Abşeron, Ağdaş, Gəncə, Kürdəmir, Qax, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Şamaxı, Talaçay və Zaqatalanı təmsil edən 60-dan çox gimnast bu yarışda öz bacarıqlarını nümayiş etdirib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasından yarışa məşqçi Humay Qafarovanın rəhbərliyi altında 7 idmançı qatılıb. Təmsilçilərimizdən ikisi mükafatçılar sırasına düşüb. 

Çoxnövçülük proqramında Təranə Əlizadə (alətsiz, top və gürzlərlə) 2014-cü il təvəllüdlülər, Nilufər Kərimli (alətsiz, halqa və gürzlərlə) isə 2015-ci il təvəllüdlülər arasında bürünc medal qazanmağa müvəffəq olublar. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: