İntellektual Oyunlar Olimpiadasının Şahbuz rayon birinciliyi yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Mədəniyyət Sarayında “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Şahbuz rayon birinciliyi keçirilib.

Olimpiadanın keçirilməsində məqsəd yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütləviliyini təmin edilməsidir.

Muxtar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək olimpiadanın Naxçıvan Muxtar Respublika birinciliyi aprel ayında təşkil olunacaq. Olimpiada çərçivəsində yarışlar “Xəmsə” Milli İntellektual Oyunu, “Poliqon” Strateji İntellekt Oyunu və “Vətəni tanı” İntellektual Oyunu üzrə vahid turnir şəkilində keçirilib.

Şahbuz rayonu üzrə “Xəmsə” Milli İntellektual Oyununun yekun nəticələrinə görə Kükü kənd tam orta məktəbin “Şimşək” komandası I, Kolanı kənd tam orta məktəbin “Zəka” komandası II, Şahbuz şəhər 1 №-li tam orta məktəbin “İldırım” komandası III yerə çıxıb.

“Poliqon” Strateji İntellekt Oyununda verilən 24 sualdan daha çoxuna cavab verən Sələsüz kənd tam orta məktəbin “Mübariz” komandası I, Şahbuz şəhər 1 №-li tam orta məktəbin “Qarabağ” komandası II, Daylaqlı kənd tam orta məktəbin “Şuşa” komandası III yerə çıxıb.

“Vətəni tanı” İntellektual Oyununda pazl şəkilində olan Azərbaycanın xəritəsini daha tez və tam olaraq quran Şahbuz şəhər 1 №-li tam orta məktəbin “Zirvə” komandası I, Nursu kənd tam orta məktəbin “Salvartı” komandası II, Mahmudoba  kənd tam orta məktəbin “Araz” komandası III yerə çıxıb.

Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub. Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Olimpiadada 60-dan artıq yeniyetmə iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: